Sumqayıtın Təcili Tibbi Yardımı telefon zənglərini rədd edir - ŞİKAYƏT

"Həyat yoldaşımın halı pisləşib, həm qızdırması var, həm də təzyiqi aşağı düşüb, çox narahatıq. Amma Təcili Tibbi Yardıma zəng vururuq, telefonu götürüb rədd etdilər, sonra da nə qədər zəng vurduqsa, məşğul göstərdi".

Sozcu.az xəbər verir ki, bu barədə Musavat.com-a Sumqayıt şəhər sakini Mətanət Əliyeva bildirib.

Onun sözlərinə görə, bir saata yaxın zəng vursalar da, cavab verilməyib:

"Yaşlı, xəstə adamdır, titrəyir, çölə çıxara bilmirik, həm də təhlükəli ola bilər. Oğlum məcbur qalıb, özü Təcili Yardıma getdi, oradan da əliboş qayıtdı, bildiriblər ki, xəstə çoxdur, həkim azdır. Deməli, bir adamın halı pisləşsə, ölüb qalacaq, köməyinə çatan olmayacaq. Şəhərə azca qar yağan kimi belə olur".

Qeyd edək ki, məsələ ilə bağlı Sumqayıt Tibb Mərkəzinin ictimaiyyətlə əlaqələr bölməsinin müdiri Ramil Zeynalovla əlaqə saxladıq.

O, Musavat.com-a açıqlamasında bildirdi ki,  məsələ ilə bağlı ailə ilə əlaqə saxlanılacaq:

"Ola bilsin sorğular çox olduğuna görə problem yaranıb. Biz araşdıracağıq".

Share on Facebook