Sumqayıtda yataqxana yanır: zəhərlənənlər var

2024.01.17 - 23:38

Sumqayıt Tibb Kollecinin həyətində yerləşən yataqxanada yanğın başlayıb.

Sozcu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

***

Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında yanğında baş verən yanğın zamanı bir neçə nəfər tüstüdən zəhərlənib.

Əraziyə polis əməkdaşları cəlb edilib.

***

Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında yanğına əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib.

Bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

Ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülür.

Məlumata görə, yanğında baş verən yanğın zamanı bir neçə nəfər tüstüdən zəhərlənib.

Share on Facebook