Sumqayıtda oğul anasını öldürdü

Fevralın 3-də saat 10:30 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində evlərin birində 1959-cu il təvəllüdlü Qəşəngül Fərhad qızı Qəhrəmanovanın kəsimiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən onun oğlu 1983-cü il təvəllüdlü Mübariz Əvəz oğlu Qəhrəmanov polis əməkdaşları tərəfindən saxlanılıb.

Share on Facebook