“Moskva müəyyən həddə qədər Azərbaycana öz suverenliyini bərpa etmək görüntüsü yaradacaq, müəyyən həddə qədər buna imkan verəcək...”
“Düşünmürəm ki, “Rusiya sülhməramlıları” deyilən hərbi kontingent orada qala-qala Azərbaycan Respublikasının Qarabağ torpağının dağlıq hissəsində separatçılığın kökünü tamamilə kəsmək mümkün olsun. Bu, mümkün deyil. Ona görə ki, məsələ həllini tapdıqda artıq Rusiyanın qoşunlarına ehtiyac qalmayacaq. Burada çox sadə bir məntiq var, çox sadə bir mexanizm var”.
Bu fikri “Sizcə, bundan sonra “sülhməramlı”lar orada ola-ola, Rusiya imperiyası mövcud ola-ola Qarabağın dağlıq hissəsində separatizmin kökünü asanlıqla kəsə biləcəyikmi?” sualını cavablandırarkən siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu söyləyib.
“Ona görə də Moskva müəyyən həddə qədər Azərbaycana öz suverenliyini bərpa etmək görüntüsü yaradacaq, müəyyən həddə qədər buna imkan verəcək. Lakin o həddi keçəndə yenidən başlayacaq həmin separatçıları silhlandırmağa, hətta ola bilsin, özü də bizə qarşı silaha əl ata bilər. Bu baxımdan Azərbaycanın Qarabağən dağlıq hissəsində separatçılığın kökünü tam kəsəcəyi haqda optimist, nikbun fikir söyləmək olmur. Və bir daha deyirəm ki, bu Azərbaycan ərazisində separatçılıq və qarşıdurma Rusiyaya öz qoşunlarını orada saxlamaq üçün vacibdir. Ona görə də Rusiya bu vəziyyəti, status-kvonu var gücü ilə qoruyub saxlamağa çalışacaq”,- deyə davamında ekspert vurğulayıb.