Donald Tramp administrasiyasında Ukrayna və Rusiya üzrə xüsusi elçi vəzifəsinə namizəd olan Keyt Kelloq ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın sözlərini təkrarlayaraq “sülhü güc vasitəsilə” təmin edəcəyinə söz verib.
Sozcu.az xəbər verir ki, Kelloq bu barədə "X"-də bildirib.
"Mən Prezident Donald Trampın Ukrayna və Rusiya üzrə köməkçisi və xüsusi elçisi kimi xidmət etməkdən şərəf duyuram. Prezident Trampla işləməkdən xoşbəxtəm Güc vasitəsilə sülhü təmin etmək və Amerikanın maraqlarını inkişaf etdirmək üçün yorulmadan çalışmağı səbirsizliklə gözləyirəm", - deyə o yazıb.
Respublikaçılar komandasının sözçüsü Kerolayn Livitt daha əvvəl bildirmişdi ki, Tramp Ağ Evə qayıtdıqdan sonra “sülhü güc vasitəsilə sülhü bərpa edəcək”. 1981-1989-cu illərdə ABŞ lideri olan Reyqan xarici siyasət prioritetlərini təsvir etmək üçün “güc vasitəsilə sülh” anlayışından istifadə edib. Siyasətçi iddia edirdi ki, “güc balansı illüziyadır, sülhü güc vasitəsilə axtarmaq lazımdır".