Stoltenberq: "NATO Ukraynadakı döyüş meydanında vəziyyəti “dondurmaq"da maraqlı deyil"

"NATO Ukraynadakı döyüş meydanında vəziyyəti "dondurmaq"da maraqlı deyil".

Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Alyansın Baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, hazırkı cəbhə xəttində döyüşlərin dayandırılmaması NATO-nun məsuliyyətinə daxildir: "Biz istəyirik ki, Ukrayna daha çox torpağını işğaldan azad etsin, Rusiya qoşunları Ukraynadan çıxsın, sonra danışıqlara şərait yaransın”.

Y.Stoltenberq rəsmi Kiyevə dəstəyin davam etdirildiyini söyləyib: “Rusiya Prezidenti Vladimir Putin qalib gəlsə də, bu, Ukrayna üçün faciə olacaq. Belə bir ssenari eyni zamanda NATO üçün də təhlükəlidir. Ona görə də Ukraynanı dəstəkləməliyik”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Share on Facebook