Gədəbəyin Söyüdlü kəndində ictimai təhlükəsizliyin təmin olunması məqsədilə postlar qurulub. Kəndə giriş-çıxış orada qeydiyyatda olan sakinlərdən başqa vətəndaşlar üçün məhdudlaşdırılıb. Hazırda sakinləri narahat edən məsələlər araşdırılır.
Bu sözləri Sozcu.az-a açıqlamasında DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov deyib.