Siyasilərin “İstanbul derbisi”: Ərdoğan və Kılıçdaroğlu eyni gündə...

Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkilərinə hazırlıq davam edir. Marafonda iştirak edən bütün siyasi qüvvələr qalib gəlmək üçün var gücləri ilə çalışırlar. 

Sozcu.az xatırladır ki, əsas rəqabət 2 siyasi qüvvə - “Cümhur İttifaqı” və “Millət İttifaqı” arasında gedir. Həm iqtidar, həm də müxalifət qələbəni təmin etmək üçün ölkə ərazisində təbliğat aparır, izdihamlı mitinqlər keçirirlər. 

Tərəflərin Türkiyənin ən böyük şəhəri olan İstanbulda keçirəcəyi mitinq isə eyni günə təsadüf edir. Həmin gün həm hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, həm də onun əsas rəqibi sayılan, ana müxalifət lideri Kemal Kılıçdaroğlu istanbulluların qarşısına çıxacaq. Siyasi çevrələrdə bunu “İstanbul derbisi” kimi qiymətləndirənlər də var.

Türkiyəli analitiklər eyni gündə gerçəkləşəcək bu görüşlərdəki iştirakçı sayının seçkinin nəticələrinə təsirsiz ötüşməyəcəyini düşünürlər. 

Share on Facebook