Türkiyədə prezidentliyə iddialı, “ATA İttifaqı”nın vahid namizədi Sinan Oğan “kimi dəstəkləyəcəksiniz” sualına cavab verib.
Sozcu.az xəbər verir ki, o, jurnalistlərlə söhbətində bu barədə danışıb.
“Məsləhətləşəcəyik. Bu gün həm “ATA İttifaqı”nın üzvlərini, həm də birlikdə fəaliyyət göstərdiyim yoldaşlarımı görüşə dəvət etdim. Bu gün hər iki tərəflə birgə məsləhətləşmə toplantısı keçirəcəyik. Bu məsləhətləşmələr davam edəcək və inşallah, ən qısa zamanda bir nəticəyə gələcəyik. Bu nəticə Sinan Oğanın deyil, ortaq ağlın qərarı olacaq”.