“Daşıdığım yükləri açmadılar, sadəcə, skan cihazı ilə yoxladılar…”
Bu günlərdə Azərbaycanın Laçın rayonu ərazisində - Ermənistanla sərhəddə Həkəri çayı üzərindəki körpüdə yenicə quraşdırdığı sərhəd-buraxılış məntəqəsindən keçərək evinə qayıtmış hayklardan biri də Şuşa rayonunun Böyük Qaladərəsi kəndində məskunlaşmış Qeqam Arutyunyan olub.
Sozcu.az xəbər verir ki, NEWS.am-la söhbətində Q.Arutyunyan bildirib ki, o, aprelin 30-da ərzaq və donuzlarına yem almaq üçün öz avtomobili ilə Ermənistanın Gorus şəhərinə gedib.
Keçid məntəqəsində azərbaycanlılar pasportumu və maşınımla bağlı sənədləri yoxladılar, məndən nə üçün gəldiyimi, hara getdiyimi soruşdular. Daşıdığım yükləri açmadılar, sadəcə, skan cihazı ilə yoxladılar”, - deyə Qeqam Arutyunyan bildirib.
Şuşa rayonu ərazisində yaşayan erməninin sözlərinə görə, Azərbaycan sərhəd-keçid məntəqəsinə təxminən beş dəqiqə qalıb. O, özü azərbaycanca bilsə də, keçid məntəqəsində, onunla rus dilində ünsiyyətdə olan on nəfərə yaxın azərbaycanlı olub və onunla rus dilində danışıblar.