Şok: Ukrayna 6 “Xəncər”, 9 “Kalibr”i məhv etdi

Rusiya 16 may gecə saatlarında Ukraynaya 18 ədəd müxtəlif tipli raket və “Şahid” PUA-ları ilə hücum edib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı məlumat verib.

Onun sözlərinə görə, 6 ədəd MiQ-31K təyyarələrindən 6 ədəd X-47M2 “Xəncər” aeroballistik raketi, Qara dənizdən 9 ədəd “Kalibr” qanadlı raketi və 3 ədəd yerüstü bazalı (S-400, “İsgəndər”) raket atılıb.

“Bütün raketlər Ukrayna Hava Qüvvələrinin hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib”, - Zalujnı bildirib.

Share on Facebook