Şirvanda yeniyetmə qızılcadan öldü

Şirvan şəhərində 12 yaşlı yeniyetmə qızılca xəstəliyindən ölüb.

Sozcu.az-ın Report-a istinadən məlumatına görə, bir müddət əvvəl qızılca xəstəliyinə yoluxan şəhər sakini, 2011-ci il təvəllüdlü Şahbazzadə Ömər Kürdoğlu oğlu ağırlaşmış vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gətirilib.

O, həkimlərin səyinə baxmayaraq, xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Share on Facebook