Bu gün Şirvan şəhərinin kardioloq-həkimi, 1959-cu il təvəllüdlü Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib.
Sozcu.az Oxu.az-a istinadla xəbər verir ki, TƏBİB-in İctimaiyyətlə Əlaqələr və Kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova məlumatı təsdiqləyib.
“Həkim infarkt keçirib. O, təcili tibbi yardım vasitəsi ilə Şirvan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həyata keçirilən bütün tədbirlərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. O, kifayət qədər savadlı və işinin peşəkarı olan həkim idi. Allah rəhmət eləsin”, - Ədilova bildirib.