Noyabrın 27-dən başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb.
Sozcu.az xəbər verir ki, Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildiriblər ki, ən çox qar Qubanın Qırız və Xınalıq kəndlərinə yağıb. Burada qarın hündürlüyü 14 santimetrə çatır. Region üzrə ən aşağı temperatur (-8,6) Qudyalçay – Xınalıq məntəqəsində qeydə alınıb.
Xızı rayonun Altıağac qəsəbəsində qarın hündürlüyü 13, Qusarın Ləzə kəndində isə 12 sm-dir.
Quba və Qusarın rayon mərkəzlərində qar qeydə alınmayıb.