Şərqi Azərbaycan əyalətinin Sarab mahalının Qaraqaya kəndində yağan güclü qar uçqun ilə nəticələnib.
Sozcu.az xəbər verir ki, bu barədə əyalətin Qızıl Aypara Cəmiyyətinin başçısı Həmid Münəccim məlumat verib.
Qar uçqunu nəticəsində 19 nəfərin xəsarət aldığını deyən H.Münəccim axtarış-xilasetmə dəstələrinin vaxtında müdaxiləsi nəticəsində onların həyatının xilas edildiyini bildirib.
Qeyd edək ki, mayın 14-dən başlayaraq Güney Azərbaycanın bir sıra bölgələrində güclü qar yağıb, bəzi yerlərdə yollar bağlanıb.