Avqustun 29-u gecə saatlarında Şərqi Azərbaycanın Əhər şəhəri və ətraf kəndlərində güclü yağışların səbəb olduğu sel fəsadlar törədib.
Sozcu.az xəbər verir ki, bu barədə "Azərəncümən" məlumat yayıb.
Bildirilib ki, Əhər şəhərinin tarixi bazarı, yollar və yüzlərlə ev sular altında qalıb, nəqliyyatın hərəkəti tamamilə dayanıb, çox sayda avtomobil yararsız vəziyyətə düşüb.
Ətraf kəndlərdə də yolların dağıldığı, yüzlərlə kənd evinin ziyan gördüyü, altı kəndin ətraf aləmdən yamamilə təcrid olunduğu bildirilib.