Dünyada heç kim silahdan şərə qarşı ukraynalılar qədər effektiv istifadə etmir.
Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna lideri Vladimir Zelenski deyib.
“Rusiyanın hər bir hücumundan Ukrayna və bütün dünya açıq-aydın bir nəticə çıxarır: Rusiya şər yolu ilə sona qədər, daha doğrusu, öz məğlubiyyətinə qədər getmək istəyir. Çünki şərin məğlubiyyətdən başqa bir sonu olmur və olmayacaq. Dünya görməlidir ki, terror məğlub olur”, - deyə dövlət başçısı bildirib.