Şəmkirdə maşın aşdı, 16 yaşlı oğlan öldü

Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib.

Sozcu.az xəbər verir ki, Quliyev Ramil Natiq oğlu idarə etdiyi “VAZ-21015” markalı avtomobillə Şəmkir-Gədəbəy avtomobil yolunun, Şəmkir rayonu Çənlibel kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan zaman idarə etməni itirərək avtomobili aşırıb.

Hadisə nəticəsində avtomobildə sərnişin olan 2007-ci il təvəllüdlü İbrahimov Elmir Ayaz oğlu hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Share on Facebook