Şəmkirdə dönərdən kütləvi zəhərlənmə - YENİLƏNİB

Şəmkir Rayon Mərkəzi Xəstəxanasına qida zəhərlənməsi ilə bağlı 9 nəfər müraciət edib.

Bu barədə Sozcu.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, fevralın 12-si Şəmkir RMX-nin Təcili tibbi yardım bölməsinə qida zəhərlənməsi şübhəsi ilə 4 müraciət, fevralın 13-ü isə 5 müraciət daxil olmaqla ümumilikdə 9 nəfər gətirilib.

Onların hər biri 3-11 yaş arasında azyaşlılardır (4 qadın cinsli, 5 kişi cinsli olmaqla) və hər birinə zəruri tibbi xidmətlər göstərilərək ambulator müalicə üçün evə buraxılıb. Vəziyyətləri qənaətbəxşdir.

***

10:16

Şəmkirdə dönərdən kütləvi zəhərlənmə olub.

Sozcu.az-ın məlumatına görə, 2015-ci il təvəllüdlü R.Quluyev, 2015-ci il təvəllüdlü C.Cəlilov, 2015-ci il təvəllüdlü Z.Nadirova, 2015-ci il təvəllüdlü İ.Məmmədova, 2020-ci il təvəllüdlü R.Məmmədov, 2014-cü il təvəllüdlü A.Məmmədli, 2017-ci il təvəllüdlü B.Məmmədli, 2018-ci il təvəllüdlü Ö.Məmmədli, 2013-cü il təvəllüdlü Ş.İsgəndərov və 2008-ci il təvəllüdlü A.Məmmədova yedikləri dönərdən zəhərləniblər.

Onlar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Zərərçəkənlər fevralın 13-də Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən "Mersin" dönər evindən aldıqları dönəri yedikdən sonra özlərini pis hiss etdiklərini bildiriblər.

Zəhərlənən şəxslərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.("Report")

Share on Facebook