Şəki Miniatür Muzeyi maddi sıxıntı içindədir: Bağlanmaq təhlükəsi var - Foto

Şəki Miniatür Muzeyi Yurd Yaddaşı. 

Şəki Azərbaycanın ən qədim mədəniyyət mərkəzlərindən biri olmaqla bərabər,  dövlətçilik tariximizdə əhəmiyyətli yeri olan tarixi diyarlarımızdan biridir. Şəkidə yerləşən Miniatür muzeyi - Yurd Yaddaşı Şəkinin - o cümlədən Azərbaycanın müxtəlif dövrlərdə ictimai-siyasi,  mədəni və iqtisadi dövrlərini əks edən çox mühüm tarixi sənədlərin və eksponatların toplanıb cəmiyyətə təqdim edən çox gözəl bir mərkəzdir. 

Səki miniatür muzeyi - Yurd Yaddaşı Şəkinin yetişdirdiyi vətənpərvər övladlarından biri olan  dəyərli ziyalımız Xatirə xanım Əkbərova tərəfindən yaradılıb və bu,  dəyərli xanım tərəfindən qorunur. 

Təbii ki, dövlət dəstəyi olmadan bu cür mühüm bir muzeyi saxlamaq və yaşatmaq çox çətindir.  Dövlətimizin  tarixinin mühüm bir dövrlərini cəmiyyətə çox dolğun şəkildə və sənədlərlə təqdim edən bu cür mədəniyyət ocaqları tək-tük insanların ianələri ilə ayaqda dura bilməz. 

Xatirə xanım  çox maraqlı - o cümlədən vətənpərvər bir xanımdır.  Muzeyi çox həvəslə və maddi gəlir əldə etməyi düşünmədən ərsəyə gətirib. Xatirə xanım bu gün də  muzeyi həvəslə qoruyub saxlayaraq,  tarixi əsərləri qonaqlara maraqla təqdim edir. Ancaq çox təəsüf  ki, Xatirə xanımın muzeyi qorumağa maddi imkanı yoxdur. ola bilsin ki,  Şəki miniatür muzeyi yaxın aylarda fəaliyyətini dayandırsın.  Çox üzücü bir durumdur...

Mən çox arzu edərdim ki, Mədəniyyət Nazirliyi Şəki miniatür muzeyinə diqqət yetirsin. Bu muzey adından da bəlli olduğu kimi yurd yaddaşıdır. Yurdun yaddaşının silinməsinə imkan vermək olmaz! 

Dövlət muzeyə sahib durmalıdır. Xatirə xanımın əlində çox mühüm sənədlər və tarixi kitablar var.  Şəkinin yerli qəzetlərinin demək olar ki, bütün nüsxələrini Xatirə xanım min cür əziyyətlə əldə edərək qoruyub saxlayıb. Əsərləri qoruyub saxlamaq üçün vəsait lazımdır. Əgər dövlət o əsərlərə sahib durmasa, Xatirə xanımın ərsəyə gətirdiyi muzeyin ayaqda durmasına qərar verməsə, həmin sənədlərin məhv olmaq təhlükəsi olacaq. Bu da ən böyük cinayətdir! 

Xatirə xanıma dəstək olaq ki, tariximiz yaşasın!

Elşən Əlisoy, "Sozcu.az" saytının təsisçisi5bdd1dcc864fb1f973244c8e0565b8f4.jpg

ca94e04bb16f9efb7666a6bef6cd29f5.jpg

5b91207f004b27a23c4ea7edf0d3a52a.jpg

150e585d2ac29c31daa74065e69c42d6.jpg

cbfcbb4d870071d86ec95deced6384d9.jpg

d6da21844b22238bb4e178d4d33c3518.jpg

Share on Facebook