Şəkər xəstələrinin xilaskarı: zərdəçal ola bilər...

"Plos One" jurnalında nəşr olunan son elmi araşdırma metabolik sindrom, II tp diabet və prediabetli xəstələrdə zərdəçal əlavəsinin qlükoza metabolizminə təsirini tədqiq edib.

Sozcu.az Medicina.az-a istinadən xəbər verir ki, diabet 2019-cu ildə 437.9 milyondan çox insana təsir edərək qlobal sağlamlıq problemi halına gəlib.

Bu xəstəliyə tutulma halları inkişaf etməkdə olan ölkələrdə daha çox rast gəlinir. Bu tip diabetin idarə edilməsi çətin olsa da, müalicə üçün xəstəliyə nəzarət çox önəmlidir.

Az inkişaf etmiş ölkələrdə qabaqcıl müalicə üsulları əlçatan olmadığı üçün yerli bitkilərin dərman məqsədli istifadəsinə rast gəlinir.

Qida və tibbdə istifadə olunan zərdəçal (sarıkök) diabet xəstəliyi üçün tədqiq olunub.

Bu araşdırmada tədqiqatçılar zərdəçalın metabolik sindrom, diabet və prediabetli xəstələrin metabolik və qlisemik parametrlərinə təsiri ilə bağlı mövcud sübutları nəzərdən keçiriblər.

Prediabet, metabolik sindrom və ya diabetə tutulan yetkin şəxslərdə də standart terapiyaya nisbətən zərdəçal əlavəsinin təsiri qiymətləndirilmiş və qlisemik parametrləri müqayisə edilib.

Zərdəçal əlavəsinə bütün növ "curcuminoid" ekstraktları, aşağı dozada piperin və ya orqanizmə daxil olduqda dövriyyəyə daxil olan preparatlar daxildir.

Share on Facebook