“Şahmatda qadın-kişi faktoru çox önəmlidir. Qadınlar kişilərdən çox daha zəifdirlər”.
Sozcu.az xəbər verir ki, bunu “Persona” verilişinin qonağı olmuş Azərbaycan qrosmeysteri Şəhriyar Məmmədyarov deyib.
O bildirib ki, qadın şahmatçılar kişilərlər bərabər mübarizə apara bilmirlər:
“Düzdür, bu fikirlər qadınların xoşuna gəlməyəcək. Bəlkə də deyəcəklər, o deyil, amma bu gün dünyanın 100 ən yaxşı şahmatçısından biri belə qadın deyil. Yəni, heç bir qadın şahmatçı kişilərlə bərabər mübarizə apara bilmirlər. Qadınlar kişilərdən hansı sənətdə üstündür ki?! Çox fikirləşməyiniz belə artıq qəribədir. Fikirləşdiniz, rahatlıqla deyə bilmədiniz. Çünki yoxdur”, - deyə şahmatçı bildirib.
Onun bu fikirləri sosial şəbəkəlrədə müzakirə mövzusuna çevrilib və bir çoxları tərəfindən tənqid edilib.