Şəhid Xudayar Yusifzadənin ailəsində ağır itki

II Qarabağ müharibəsi şəhidi Xudayar Yusifzadənin ailəsinə ağır itki üz verib.

Sozcu.az xəbər verir ki, Xudayarın babası Şimşad Şikar oğlu Məmmədov vəfat edib.

Bu barədə aparıcı Hacı Nuran Hüseynov məlumat verib:

“Xudayarı hər gün yuxuda görürəm”, deyirdi Şimşad baba… Onun yoxluğu ilə barışa bilmirdi. Deyirdi “Elə hey məni çağırır, baba, sənin üçün darıxıram, gəl gedək Şuşaya… Məni tək qoyma…” Bu dəqiqə Xudayar babasına qovuşdu. Nəvəsi üçün çox darıxan Şimşad baba nəvəsinə qovuşdu. İndi onların hər ikisinin ruhu birlikdə Vətən göylərindən boylanır. Yeri behişt olsun, Şimşad babanın”.

Xatırladaq ki, Xudayar Yusifzadə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri olub. O, 2020-ci il 27 sentyabarında Vətən müharibəsi zamanı əvvəl Füzulidə sərhəd məntəqəsində xidmət edib, daha sonra da Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərə qatılıb.

Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində şəhid olub.

Share on Facebook