Bu gün İsmayıllı rayonu Talistan kəndində 44 günlük Vətən Müharibəsi şəhidi Hüseynzadə Səməd Səttar oğlunun doğum günü ilə bağlı anım tədbiri keçirilib və ev muzeyininin açılışı olub.
Tədbirdə İsmayıllı rayonunun İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və rayonun rəsmi şəxsləri iştirak edib.
Şəhidin anım tədbirində şəhid anaları, Qarabağ qaziləri, rayon sakinləri və Şəhid Səməd Hüseynzadənin təhsil aldığı Talistan Kənd orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.
Şəhid Səməd Hüseynzadənin məzarı ziyarət edildikdən sonra, onun doğulub boya-başa çatdığı evində tədbir keçirilib.
Şəhidin anim tədbirində şəhid anaları çıxışlar edərək Azərbaycan əsgərlərinə torpaqlarımızın azad edilməsinin şəhid analarına ən boyuk mükafat olduğunu deyərək, Azərbaycan əsgərlərinə təşəkkür ediblər.
Bundan sonra məktəb şagirdləri şəhidlərimizə həsr edilmiş şeirlər səsləndiriblər.