“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinin sosial müdafiəsi haqqında” yeni qanun layihəsi hazırlanıb.
Bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.
Sənəddə qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailə üzvlərinin sosial müdafiəsi, onların rifahının yaxşılaşdırılması, eyni zamanda şəhid adının əbədiləşdirilməsi istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi və müasir tələblərə uyğun təşkilinin təmin edilməsi məqsədilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinin sosial müdafiəsi haqqında” qanun layihəsi hazırlanıb, müvafiq qaydada dövlət qurumları ilə razılaşdırılaraq, aidiyyəti üzrə təqdim edilib. Qanun layihəsi qəbul edildikdən sonra digər normativ hüquqi aktlar, o cümlədən, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” qanuna uyğunlaşdırılaraq yenidən hazırlanacaq.