Şarl Mişel Paşinyana Azərbaycanın Laçındakı sərhəd-buraxılış məntəqəsi haqda nə dedi?..

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Sozcu.az xəbər verir ki, bu haqda "Aykakan Jamanak" nəşri  erməni baş nazirin aparatına istinadla məlumat yayıb.

"Söhbət zamanı Regionda yaranmış hərbi-siyasi və humanitar vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Baş nazir Paşinyan vurğulayıb ki, Azərbaycan tərəfinin Laçın dəhlizində atdığı addımlar onun Dağlıq Qarabağda etnik təmizləmə siyasətinin ardıcıl həyata keçirilməsinə və Dağlıq Qarabağın tamamilə boşaldılmasına yönəlib. Baş nazir Azərbaycanın regional təhlükəsizliyə xələl gətirən hərəkətlərinə beynəlxalq ictimaiyyətin adekvat reaksiya verməsinin və Beynəlxalq Ədalət Məhkəməsinin qərarının qeyd-şərtsiz icrası istiqamətində fəal addımlar atmasının vacibliyini vurğulayıb.

Ermənistan-Azərbaycan danışıqlar prosesi ilə bağlı da fikir mübadiləsi aparılıb.

Tərəflər regionda sabitliyin və sülhün təmin edilməsi üçün ardıcıl səyləri vurğulayıblar"- xəbərdə belə deyilir.

Bəs  Avropa İttifaqı rəhbəri Azərbaycanın öz dövlət sərhədində sərhəd-buraxılış  məntəqəsi qurmasına necə münasibət bildirib? Bu haqda Ermənistan baş naziri aparatının yaydığı məlumatda heç nə deyilməyib..

Share on Facebook