Şagirdləri cəzalandırmaqla deyil, onları qazanmaqla uğurlu bir gələcək qurmaq mümkündür

Pedaqoji mühitdə böhran: Şagirdlərin “qaradinməz” oyunları ilə cəzalandırılması, hətta ağızlarının skoçlanması kimi qeyri-etik hərəkətlər təhsilimizin hansı dərəcədə deqradasiyaya uğradığını göstərir. Bu cür yanaşmalar nəinki qanunaziddir, həm də şagirdin şəxsiyyətinə ciddi zərbə vurur. 

Əslində problem dərindən başlayır – sertifikasiya sistemi müəllimlərin peşəkarlığını yoxlamaq yerinə, əzbərçi bilikləri ölçməklə kifayətlənir. Yaxşı müəllim sinfi idarəetmə bacarığı, empatiya və innovativ yanaşma ilə fərqlənir. Təəssüf ki, bu keyfiyyətlər mövcud sistemdə nəzərə alınmır. Təhsilin keyfiyyətini artırmaq üçün yalnız texniki yox, həm də mənəvi islahatlara ehtiyac var. Təhsil təkcə bilik deyil, həm də dəyərlərdir. Şagirdləri cəzalandırmaqla deyil, onları qazanmaqla uğurlu bir gələcək qurmaq mümkündür.

Kamran Əsədov, təhsil eksperti 

Share on Facebook