Türkiyənin məşhur "Sezercik" obrazını canlandıran aktyor Sezer İnanoğlu həbs edilib.
Sozcu.az "qafqazinfo"ya istinadən xəbər verir ki, o, saxta sənət səbəbi ilə 8 il müddətinə azadlıqdan məhrum olunub.
Aktyorun anasının sözlərinə görə, oğlu ona görə saxlanılıb:
"Malikanə satarkən bizə saxta sənət verildi. Buna görə oğlumu həbs etdilər. Mənim məhkumluq həyatım olmadığı üçün bəraət qazandım. Oğlum isə mənim sənət işimdəki səhvimə görə həbs olundu. Özümü çox pis hiss edirəm".
Qeyd edək ki, İnanoğlu bundan əvvəl də bir neçə dəfə həbs olunub. O, silah qaçaqmalçılığı, narkotik maddə və təhdidə görə məhkumluq həyatı yaşayıb.