Tatarıstanda 65 yaşlı kişi arvadının üzərinə bensin tökərək, onu yandırmaq istəyib.
Bakupost.az "MK"-ya istinadən xəbər verir ki, hadisə Buqulminski rayonunda baş verib.
Belə ki, sərxoş kişi ilə 62 yaşlı arvadı arasında qısqanclıq zəminində mübahisə yaranıb. Qəzəblənən kişi üzərinə benzin tökərək arvadını yandırmağa cəhd edib.
Ərinin əlindəki kibriti görən qadın pəncərədən atılaraq, qonşuya qaçıb. Qonşular isə polisə müraciət ediblər.
Sərxoş ər barəsində “qəsdən adam öldürməyə cəhd” maddəsi ilə cinayət işi açılıb. İstintaq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə müraciət etmək niyyətindədir.