Erməni mediası bir sıra ərazilərdə Azərbaycan Ordusunun irəliləməsi barədə xəbərlər yayır.
Sozcu.az xəbər verir ki, bu barədə artıq geniş müzakirə də başladıblar.
Bildirirlər ki, Azərbaycanın Çərəkdar və Qızqala kəndləri ilə yanaşı Sərsəng su anbarı yaxınlığındakı Heyvalı kəndini də nəzarətə götürməsi xəbəri təsdiqlənsə, bu ciddi nəticələrə səbəb olacaq:
“Əgər bu xəbər təsdiqini taparsa, Ağdərə mühasirədə qalacaq, Xankəndi və təchizat yolları isə bağlanmış olacaq”.
Erməni KİV həmçinin Azərbaycan Ordusunun bir neçə istiqamət üzrə Ağdərə ərazisində separatçıların müdafiə xəttini yardığını yazıb.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi 60-dan çox mövqenin nəzarətə götürüldüyünü açıqlayıb.Globalinfo)