SEPAH-ın hərbi maşınına hücum edildi: ölənlər var

Sistan və Bəlucistan əyalətinin Zahidan şəhəri yaxınlığında SEPAH-ın hərbi avtomobili yol kənarında quraşdırılan mina ilə partladılıb.

Sozcu.az xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Bildirilib ki, partlayış nəticəsində bir SEPAH üzvü həlak olub, biri isə yaralanıb.

Hücumun məsuliyyətini bəlucların “Ənsar ül-Fürqan” silahlı qruplaşması öz üzərinə götürüb.

Share on Facebook