Samvel Şahramanyan gözlənilən müsahibəni VERDİ

Özünü buraxmış qondarma “Artsax”ın sonuncu başçısı Samvel Şahramanyan Ermənistanda müxalifətyönlü kəsimin gözlədiyi müsahibəni verib.

Sozcu.az xəbər verir ki, Şahramanyanın qondarma “Artsaxın ictimai televiziyası”na danışdığı bildirilir.

Qeyd edilib ki, sentyabrın 19-da Xankəndidəki fəaliyyətini dayandıran bu “televiziya“ Facebook üzərindən yayımlanacaq.

Şahramanyanla müsahibəni erməni jurnalisti Tsovinar Barxudaryan aparıb.

Şahramanyanın qondarma “Artsax”a niyə və hansı şəraitdə “prezident” seçilməyə razılıq verdiyi, həmçinin hərbi əməliyyatlar, Azərbaycan tərəfi ilə danışıqlar barədə danışdığı, eləcə də bir sıra digər məsələlərə də toxunduğu bildirilir.

O, Qarabağ ermənilərinin suallarını da cavablandırıb.

Müsahibənin tezliklə yayımlanacağı deyilir.

Share on Facebook