Samvel Babayan bir nömrəli cinayətkardır - Məhkəmə

Xaçatryan özbaşına deyildi.

Sozcu.az-ın məlumatına görə, bunu qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclasında şahid Azay Kərimov deyib.

O qeyd edib ki, bunları məcbur edənlər var idi.

“O adamlar da burda yoxdur. İndi onlar erməni mətbuatına müsahibə verir. Bunun bütün dostların tanıyıram. Bizim kənddəndirlər. Bunların avtonəqliyyat müəssisəsi bizim torpaqda yerləşirdi. Bunu tutmuşdum bir ay sonra buraxdıq getdi. Necə ola bilər ki, məhkəməsiz min nəfəri Şuşa türməsindən açıb buraxırsan?

Samvel Babayan bir nömrəli cinayətkarlardandır. İndi Ermənistanda mətbuata açıqlamalar verir. Doqquz ay Şuşa türməsində yatıb. Doqquz ay yatdıqdan sonra məhkəməsiz buraxdılar.

Xaçatryanlar adi bir fiqurdur“, - deyə o əlavə edib.

Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçatryan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.

Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.

Share on Facebook