Saleh Məmmədovun rəis təyin etdiyi şəxsə “stop” qoyulur – 5 milyonluq borcu var...

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin  (Azəravtoyol) 13 saylı Xüsusi Təyinatlı Yol İstismar İdarəsinin rəisinin ölkədən çıxışına məhdudiyyət qoyula bilər. 

Buna səbəb idarənin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 5092012.36 manat vergi borcunun olmasıdır. 

DVX tərəfindən idarənin direktoru, qanuni təmsilçisi Pərviz Bəhramov Fərman oğlu barəsində məhkəməyə müraciət edilib. 

Məhkəmədə idarə barəsində “Vergilərin, Rüsumlarin Ödənilməsi, Maliyyə Və Siğorta Qaydalari Əleyhinə Olan Inzibati Xətalar - 469.3 maddəsi” ilə iddia qaldırılıb. 

İşə 21.05.2024-cü il tarixində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Elçin Ağayevin sədrliyi ilə baxılacaq. 

Ehtimal edilir ki, vergilər xidməti tərəfindən "13 №Li Xüsusi Təyinnatlı Yol İstismarı" Məhdud Məsuliyyətli Cəmiyyətinə yoxlama aparılıb. Yoxlama nəticəsində 5 milyondan çox vergidən yayınma halı aşkarlanıb.  

Qeyd edək ki, Pərviz Bəhrəmov 2019-cu ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədovun əmri ilə sözügedən idarəyə rəis təyin edilib.

37ab6144323fcb3cc0ba1a42fa471980.jpeg

Share on Facebook