Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili hazırda Ukraynada ola bilməməsi və onu qoruya bilməməsindən əzab çəkdiyini bildirib.
Sozcu.az-ın məlumatına görə, eks-prezident sosial şəbəkə hesabında yazıb:
“Əziz Ukrayna,
Bu iki il ərzində mənə ən çox əzab verən odur ki, Ukraynada deyiləm və fəxr etdiyim və çox darıxdığım sevimli qəhrəman müdafiəçilərimlə çiyin-çiyinə sizi qorumaqdan məhrum olmuşam.
Tez, layiqli qələbə arzulayıram, buna bir dəqiqə belə şübhə etmirəm”.