Rusların PUA-sı, sursat anbarı vuruldu

Ukrayna qoşunları gün ərzində rusların şəxsi heyəti və hərbi texnikası olan ərazilərə altı hava zərbəsi endiriblər.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib.

"Müdafiə Qüvvələrinin aviasiyası işğalçıların şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə sutka ərzində 6 zərbə endirib. Həmçinin düşmənin "Orlan-10" tipli PUA-sı da vurulub", - məlumatda deyilir.

Həmçinin qeyd edilir ki, raket və artilleriya bölmələri canlı qüvvə, silah və hərbi texnikanın cəmləşdiyi dörd ərazini, düşmənin sursat anbarını, həmçinin bir RLS-ni vurub.

Share on Facebook