Baxmut uğrunda döyüşlər hələ də qızğın şəkildə davam edir. Düzdür, ayın əvvəlindən döyüşlərin intensivliyi azalıb.
Sozcu.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin "Da Vinçi Qurdları" batalyonunun leytenantı Aleksandr Yabçanka deyib.
"Bizim mövqelərimizə faktiki olaraq hər şeylə hücum etdilər: top artilleriyası, tanklar və s. Davamlı hücumlar var. Bizim mövqelərimizi darmadağın etməyə çalışırlar. Sözün əsl mənasında, sadəcə olaraq, torpağımızı cəsədlərlə örtürlər. Elə yerlər var ki, onların meyitləri topalanıb qalıb. Bu heç də mübaliğə deyil", - o bildirib.
O qeyd edib ki, bəzi ərazilərdə ruslar həlak olmuş yoldaşlarının cəsədlərini götürməyə çalışırlar və bunun üçün də basqın edirlər:
"Ukrayna Silahlı Qüvvələri onları dərhal məhv edir, lakin hücumlar davam edir".