Rusların sursat çatışmazlığı yoxdur. Düşmən təkcə Baxmut və Liman-Kupyansk istiqamətində sutka ərzində 25 min mərmi atır.
Sozcu.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin “Şərq” qoşun qrupunun spikeri Sergey Çerevatıy deyib.
Onun sözlərinə görə, rus ordusunun 9 ay ərzində Baxmut istiqamətində 20 min hərbçisi öldürülüb:
“Söhbət 100 min itkidən gedir, onun da 20 mini ölüdür. Fikrimcə, dəqiq yoxlanılma aparılsa, itkilərin sayı daha da artacaq”.