Rusiyaya sanksiya tətbiq edəcəm - Kılıçdaroğlu

Türkiyə müxalifətinin lideri Kamal Kılıçdaroğlu vəd edib ki, prezident seçkilərinin ikinci turunda qalib gələrsə, Ankara Rusiyaya qarşı sanksiyalar tətbiq edəcək.

Sozcu.az xəbər verir ki, bu barədə CHP sədri sosial şəbəkə hesabında paylaşım edib.

Eyni zamanda, Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya əleyhinə sanksiyalar tətbiq etmək fikrində olmadığını açıqlayıb.

O qeyd edib ki, yenidən prezident seçiləcəyi təqdirdə ölkə digər dövlətlərə münasibətdə dostluq siyasətini davam etdirəcək.

Xatırladaq ki, Türkiyədə prezident seçkiləri mayın 28-də keçiriləcək.

Share on Facebook