Rusiyanın itkiləri 265 mini ötdü

Ukrayna müharibənin 558-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 265 120 hərbçi, 4480 ədəd tank, 8663 ədəd zirehli döyüş maşını, 5611 ədəd artilleriya sistemi, 741 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 503 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 8149 ədəd avtomobil texnikası, 4481 ədəd PUA, 1447 qanadlı raket, 19 gəmi/qayıq, 847 xüsusi avadanlıq itirib.

Share on Facebook