Rusiyanın itkiləri 255 minə yaxınlaşır

Ukrayna müharibənin 537-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 254 380 hərbçi, 4306 ədəd tank, 8354 ədəd zirehli döyüş maşını, 5099 ədəd artilleriya sistemi, 714 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 479 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 313 ədəd helikopter, 7562 ədəd avtomobil texnikası, 4213 ədəd PUA, 1378 qanadlı raket, 18 gəmi/qayıq, 766 xüsusi avadanlıq itirib.

Share on Facebook