Rusiyanın itkiləri 245 mini ötdü

Ukrayna müharibənin 521-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 245 220 hərbçi, 4191 ədəd tank, 8167 ədəd zirehli döyüş maşını, 4786 ədəd artilleriya sistemi, 698 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 458 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 311 ədəd helikopter, 7247 ədəd avtomobil texnikası, 4007 ədəd PUA, 1347 qanadlı raket, 18 gəmi/qayıq, 710 xüsusi avadanlıq itirib.

Share on Facebook