Rusiyanın itkiləri 228 mini keçdi

Ukrayna müharibənin 492-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 228 340 hərbçi, 4041 ədəd tank, 7863 ədəd zirehli döyüş maşını, 4127 ədəd artilleriya sistemi, 630 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 389 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 308 ədəd helikopter, 6785 ədəd avtomobil texnikası, 3519 ədəd PUA, 1261 qanadlı raket, 18 gəmi/qayıq, 569 xüsusi avadanlıq itirib.

Share on Facebook