"Rusiyanın geri döndərmək istədiyi şəri də birlikdə darmadağın edəcəyik..."

"Biz heç vaxt Ukrayna xalqının nasizm üzərində qələbəyə verdiyi töhfəni unutmayacağıq..."

Ukraynada 8 May Qələbə Günü, 9 May Avropa Günü kimi qeyd ediləcək

Ukrayna prezidenti Vladimir Zelenski 8 mayı Ukraynada 1939-1945-ci illərdə ikinci dünya savaşında nasizm üzərində Qələbə və xatirə günü kimi qeyd edilməsini təklif edib.

Eyni zamanda o, ölkədə 9 mayı nasizmi məhv etmiş avropalıların birliyi bayramı-Avropa Günü kimi bayram edilməsi barədə fərman imzalayıb.

Sozcu.az xəbər verir ki, bu barədə "euronews.com" nəşri məlumat yayıb.

"Mayın 8-də Ukrayna və azad dünya bəşər tarixində altı dəhşətli 1939-1945-ci illəri xatırlayır...Bu illər milyonlarla insan həyatına, o cümlədən 8 milyon ukraynalının həyatına son qoyub.

Bu illər işğal və vəhşiliklər, qanlı döyüşlər, bombardmanlar, blokadalar və kütləvi edamlar, Xolokost illəri olub. Bunlar nasizmin dünyaya, bizim torpağımıza gətirdiyi cinayətlər, pisliklərdir", - Zelenski deyib.

O, qeyd edib ki, Ukraynaya "ideoloji qarışığı olmayan təmiz tarix" geriyə dönür.

"Məhz mayın 8-də dünyanın əksəriyyət xalqları nasizm üzərində qələbənin böyüklüyünü xatırlayır. Dünya həyatı qoruyan hər kəs qarşısında baş əyir.

O kəslər ki, azad edilmiş ərazilərdə nasist bayraqlarını rədd edib və həbs düşərgələrinin qapılarını açıb, xalqlara azadlıq bəxş edib və nasist şərini pisləyib. 

Məhz mayın 8-də vermaxtın qeyd-şərtsiz təslim olması barədə akt qüvvəyə minib. Məhz mayın 8-də dünya müharibənin həyatlarına son qoyduğu insanların hər birinin xatirəsini yad edir", - Ukrayna prezidenti qeyd edib.

O, məlumat verib ki, mayın 8-nin 1939-1945-ci illər ikinci dünya savaşında Qələbə və xatirə Günü kimi qeyd edilməsi barədə Ali Radaya qanun layihəsi təqdim edib.

"Biz heç vaxt Ukrayna xalqının nasizm üzərində qələbəyə verdiyi tövhəni unutmayacağıq. Biz birlikdə şəri məhv etmişik, indi də ümumi qələbəni qazanan dövlətlər və xalqlarla birlikdə analoji şəri məhv edirik.

O dövlət və xalqlarla ki, müharibənin dəhşətli illərini xatırlayaraq, "Təkrar edə bilərik" demir, "Daha heç vaxt" bəyan edir, öz qəhrəmanlarının xatirəsinə xəyanət etmir və ümumi dəyərlərimiz-insan həyatı və azadlığı, bərabərlik və ləyaqət, ksenofobiya və antisemitizm, irqi-ayrıseçkilik və dözümsüzlük, nufrət ideologiyası olmayan dəyərlərin gücünü qoruyub saxlayır.

Biz o zaman da, indi də heç kimin daha heç vaxt başqa xalqları istila etməməsi və başqa ölkələri məhv etməməsi naminə mübarizə aparırıq. Və müasir Rusiyanın geri döndərdiyi o köhnə şər də nasizm kimi darmadağın ediləcək", - Zelenski əmin edib.

O, məlumat verib ki, hər il mayın 9-u Ukraynada "nasizmi məhv edən və raşizm üzərində qələbə qazanacaq" bütün avropalıların tarixi birliyinin qeyd edilməsi barədə fərman imzalayıb.

"Bu, təcavüzün bütün doqquz ili və tammiqyaslı hərbi müdaxilənin 440 günündə ukraynalılara dəstək verən Avropa Günü olacaq. Bu, müttəfiqimiz Avropanın Günü olacaq", - Ukrayna prezidenti qeyd edib.

"Keçmişi xatırlayırıq, bu gün döyüşürük və qələbəyədək dayanan deyilik. İkinci dünya savaşında həlak olanların xatirəsi əbədi yaşayacaq! 

Nasizmə qarşı vuruşan və ona qalib gələn hər kəsə eşq olsun! Ukrayna uğrunda çarpışan hər kəsə eşq olsun! Ukraynaya eşq olsun!" - Zelenski bəyan deyib.

Share on Facebook