Rusiyanın Belqorod vilayətinə PUA hücumu edilib.
Sozcu.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov məlumat yayıb.
Onun sözlərinə görə, hava hücumundan müdafiə sistemlərinin zərərsizləşdirdiyi PUA yaşayış evinə düşüb:
“3 nəfər həlak olub, yaralılar var. Ölənlərdən biri uşaqdır. Yaralılar ağır vəziyyətdə reanimasiyaya yerləşdiriliblər. Həkimlər onların həyatlarını xilas etmək üçün hər şey edirlər”, - Qladkov bildirib.