"Kurskda hərbi əməliyyat başlanandan USQ 90-dan artıq yaşayış məntəqəsini və 1250 kv.km ərazini nəzarətə götürüb..."
Rusiyada gizli səfərbərlik planlaşdırılır. Bu, cəbhədə böyük sayda itkilərlə bağlı zəruridir.
Sozcu.az xəbər verir ki, bu barədə "Bild" nəşrinin baş redaktoru Janna Plaumann və nəşrin hərbi analitiki Yulian Repke fikir söyləyib.
Beynəlxalq dəyərləndirmələrə görə, 2022-ci ilin fevralından 110-140 min rusiyalı hərbçi həlak olub.
Vladimir Putinin Ukraynada döyüşən qoşunların sayını artırmaq niyyəti aydındır, kişilər yüksək ödənişlərlə xidmətə cəlb edilir, müddətli hərbi qulluqçalara müqavilə bağlamaq üçün təzyiq göstərilir.
Ukrayna müdafiə nazirinin müavini İvan Qavrolyuk bəyan edib ki, Rusiya Ukraynada öz qoşunlarının sayını ilin əvvəlindən 400 mindən 600 minədək artırıb, ilin sonunadək bunu 800 min hərbi qulluqçuyadək artırmağı planlaşdırır.
Lakin regionların müqavilə üzrə xidmətə cəlb etmək üçün vəsaitləri tükənməkdədir.
"Geniş səfərbərlik yetişir. Güman edilir ki, Putin USQ-nin Kursk vilayətində hücumundan daha çox rusiyalıların hərbi xidmətə çağırışı üçün istifadə edə bilər. Doğrudur, böyük ehtimalla, bunu "rəsmən elan etmədən, gizli şəkildə" etməyə cəhd göstəriləcək", - nəşr yazıb.
Kursk əməliyyatı - son xəbərlər
Xəbər verildiyi kimi, USQ Kursk vilayətində hərbi əməliyyat başlanandan işğalçıların 90-dan artıq yaşayış məntəqəsini nəzarətə götürüb, bu da 1250 kv. km-dən artıq ərazi deməkdir. Hazırda orada hərbi komendatura fəaliyyət göstərir.
Hərbi analitik Andrey Kramarov qeyd edib ki, rusiyalılar Ukraynanın cənubunda Zaporojye vilayətində işğalçıların ön cəbhədə ehtiyat qüvvəsi olan bölmələri buraya göndərilir. Bu, ukraynalı döyüşçülər üçün vəziyyəti bir qədər yüngülləşdirir.
Bu arada isə Britaniya kəşfiyyatı məlumat verib ki, Kreml Kursk vilayətini USQ-nin hücumundan müdafiə etmək üçün mütəxəssislərdən ibarət formalaşan hissələri cəlb edir. Belə bölmələrdən biri Hava-Kosmik Qüvvələrinin şəxsi heyətindən formalaşan xüsusiləşdirilmiş motoatıcı alaydır.
Qərb KİV-lərinin məlumatına görə, Kreml USQ-nin irəliləməsinin qarşısını almaq üçün cəbhədən hərbçiləri, habelə səthi hazırlıq keçmiş və azsaylı texnika və şübhəli rəhbərliyi olan gənc çağırışçıları bu regiona göndərir.