Rusiyada daha bir zavod yanır

Rusiyanın Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində yerləşən “Uralmaşzavod”da böyük yanğın başlayıb.

Sozcu.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Yanğın 800 kvadrat metr ərazini əhatə edir.

Qeyd edək ki, şəhərdə Mərkəzi Hərbi Dairənin qərargahı, Rusiya Elmlər Akademiyasının Ural şöbəsinin Rəyasət Heyətinin və 35 federal hökumətin ərazi orqanları yerləşir.

Share on Facebook