“Rusiya və İran Qarabağ məsələsində Ermənistanın maraqlarından çıxış edirlər”-polkovnik Cəfərov

“Son günlər Ermənistan-Azərbaycan şərti sərhədlərində baş verənlər bir daha o məsələni aktuallaşdırır ki, istənilən an iki qonşu ölkə arasında çox ciddi silahlı toqquşmalar baş verə bilər,necə ki, bu, baş verir”.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bu fikirləri Musavat.com-açıqlamasında söyləyib. Polkovnikin sözlərinə görə, sərhədyanı bölgədə son baş verənlərə diqqət edəndə xeyli maraqlı məqamlar üzə çıxır: “Müxtəlif çaplı bölgə oyunçuları öz maraqlarından baş verənlərə yanaşır və ya qiymət verir. Cənub qonşumuz İran yenə öz qeyri-səmimi davranışlarını davam etdirir. Təsdiq olunmasa da, bəzi ciddi mənbələrin verdiyi məlumata əsasən, Gorus istiqamətində baş verən sonuncu ağır toqquşma zamanı Ermənistan tərəfdən havaya qaldırılan İran istehsalı olan PUA-ları məhz iranlı mütəxəssislər idarə edirmi? Doğrudur, onlar proseslərdə kəşfiyyat və erməni ordusunun artilleriya və minatanlarından istifadə edilməsi zamanı fəaliyyətdə olublar. Amma fərq etməz. Bunun özü də Azərbaycana qarşı İranın qeyri-səmimi və məkrli niyyətlərinin hələdə olması qənaətini yaradır. Baxmayaraq ki, iki ölkənin xarici siyasət idarələrinin rəhbərləri arasında iki gün dalbadal telefon danışıqları oldu, bəzi pozitiv notlar verildi və bu, bizə gərginliyin azalacağının ümidlərini yaradırdı. Üstəlik də prezidentin köməkçisi Hikmət Hacıyevin İran səfiri Musəvi arasında baş tutan görüş də müəyyən nikbinlik yaratsa da, təəssüf ki, gərginlik qalmaqdadır. Rusiya və İran Qarabağ məsələsində Ermənistanın maraqlarından çıxış edirlər”.

Ü.Cəfərov qeyd etdi ki, baş verən qanlı toqquşmalar da bunu bir daha sübut edir. Polkovnik hesab edir ki, qardaş Türkiyə ilə bağlı qanunvericilik bazamızda təcili olaraq mütləq bəzi işləri qaydasına salmalıyıq:

“Türkiyə NATO üzvü kimi özü bəzi məsələlərlə bağlı təkbaşına qərar verə bilməz. Bunun üçün hüquqi baza olmalıdır. Ona görə də, biz Azərbaycan tərəfi olaraq bəzi lazımi prosesdurları eallaşdırmalıyıq. Separatçıların bölgədən uzaqlaşdırıllması məsələsində qardaş Türkiyəmiz də Rusiyaya və Ermənistana müəyyən təzyiqlər etməlidir. Doğrudur, Qarabağ məsələsi Türkiyənin siyasi və hərbi rəhbərliyinin daima gündəmindədir. Lakin, müzakirələr öz yerində, daha çox tələblər və təzyiqlər həyata keçirilməlidir”.

Share on Facebook