Rusiya Ukraynanın irəliləməsindən narahatdır - Kəşfiyyat

Rusiya işğal olunmuş ərazilərində tarixdə ən böyük hərbi müdafiə sistemlərindən birini inşa edib.

Sozcu.az xəbər verir ki, bu barədə Böyük Britaniya kəşfiyyatının gündəlik xülasəsində yazılıb.

Məlumata görə, bu müdafiə vasitələri təkcə indiki cəbhə xəttinin yaxınlığında deyil, həm də arxa cəbhənin dərinliklərində - Ukraynanın hazırda Rusiyanın nəzarətində olan ərazilərində, eləcə də Rusiyanın öz ərazisində - Belqorod və Kursk vilayətlərində yerləşir.

"Belə bir müdafiə sisteminin qurulması Rusiya rəhbərliyinin Ukraynanın böyük irəliləyiş əldə edə biləcəyi ilə bağlı narahatlığını göstərir", - deyə qeyd olunub.

Share on Facebook