BMT-nin dəstəklədiyi istintaq qrupu Rusiyanın Ukraynada mülki şəxslərə qarşı hücumları, işğal olunmuş bölgələrdə sistematik işgəncə və qətlləri, müharibə cinayətləri və insanlığa qarşı cinayətlər adlandırıb.
Bu gün təhqiqat qrupu Ukrayna ilə bağlı hesabat yayımlayıb.
Hesabatda insanlığa qarşı potensial cinayətlər arasında payızdan bəri Ukrayna infrastrukturunu hədəf alan və ən soyuq aylarda yüz minlərlə insanın istilik və işıqsız qalmasına səbəb olan davamlı hücumlar, həmçinin Rusiyanın işğalı altında olan bir çox regionlarda işgəncələrin “sistemli və geniş şəkildə” tətbiqi qeyd edilib.
Hesabatın müəllifləri Ukrayna qüvvələri tərəfindən "az sayda" aşkar pozuntuların olduğunu da bildiriblər .
Qeyd edək ki, Təhqiqat komissiyası BMT-nin dəstəklədiyi İnsan Haqları Şurasının bütün dünyada sui-istifadə və pozuntuları yoxlamaq üçün istifadə etdiyi ən güclü vasitədir.
Xatırladaq ki, Ukrayna ilə bağlı təhqiqat qrupu Rusiyanın bu ölkəyə müharibəyə başlamasından qısa müddət sonra yaradılıb.
Komissiyanın üç üzvü insan hüquqları üzrə müstəqil ekspertlərdir və qrupun əməkdaşları BMT-nin insan hüquqları bürosu tərəfindən dəstəklənir.